08 Nov 2021

Tullantıların təkrar emalı bazarının 81,3 milyard dollara çatacağı gözlənilir

Qlobal tullantıların təkrar emalı xidmətləri bazarının həcminin 2028-ci ilə qədər 81,3 milyard ABŞ dollarına çatacağı gözlənilir. İnsanların sağlamlığının qorunmasında tullantıların effektiv utilizasiyasının nə dərəcədə mühüm rolunun olduğu  və bu sahədə biliklərin sürətlə yayılması - bazarın böyüməsi, çoxsaylı utilizasiya sistemlərinin və proseslərinin inkişafı ilə nəticələndi. Tullantıların təkrar emalı xidməti həm ətraf mühit, həm də insan sağlamlığının qorunmasına verdiyi töhfəyə görə şəhər infrastrukturunun mühüm tərkib hissəsinə çevrilib. Tullantıların idarəolunması şəhər həyat tərzi, resurs istehlakı nümunələri və digər sosial-iqtisadi və mədəni aspektlərlə sıx bağlı olan bir sahədir. Sürətli sənayeləşmə zərərli kimyəvi maddələrin istehlakını artırır və nəticədə əhəmiyyətli miqdarda təhlükəli tullantılar əmələ gətirir. Bundan əlavə, kənd təsərrüfatı istehsalatının artması aqrar-sənaye üzrə əlavə məhsullar ilə yanaşı, heyvandarlıq və kənd təsərrüfatı bitkiləri tullantılarını da artırır. Beləliklə, artan tullantı həcmi təkrar emal xidmətlərinə olan tələbatı artıracaq. Bir sıra ölkə özəl sektor tərəfindən verilən əməliyyat biliklərinə uyğunlaşmaq üçün dövlət-özəl tərəfdaşlıq modelini mənimsəyir. Tullantıların təkrar emalı sənayesinin gücləndirilməsinə artan diqqət “Azalt, Təkrar istifadə et və Təkrar emal et” konsepsiyasının davamlı ekoloji, iqtisadi və sosial inkişaf üçün aktuallığını vurğulayır. © Research and Markets

Ətraflı
06 Dec 2021

Qlobal tibbi tullantıların idarəolunması bazarı 2030-cu ilə qədər 6% artacaq

Qlobal tibbi tullantıların idarəolunması bazarının 2030-cu ilə qədər 11,1 milyard ABŞ dollarına çatacağı və 2021-2030-cu illər üçün proqnoz dövründə 6% mürəkkəb illik artım tempində (CAGR) artacağı proqnozlaşdırılır. Bazarın hərtərəfli qiymətləndirilməsini hazırlamaq üçün müxtəlif amillər, o cümlədən demoqrafik göstəricilər, biznes dövrləri və tədqiq olunan bazara xas mikroiqtisadi amillər nəzərə alınır. Tibbi Tullantıların İdarəolunması Bazarı hesabatı 2021, həmçinin biznesin inkişafı üçün innovativ yolları təhlil edən və əsas istehsalçılar, istehsal dəyəri, əsas regionlar və artım tempi kimi kritik amilləri təsvir edən hərtərəfli biznes təhlilini ehtiva edir. Artan geriatrik əhali, xroniki xəstəliklərin yayılması və texnologiyaların təkmilləşməsi qlobal tibbi tullantıların idarəolunması bazarının böyüməsinə təkan verir. Mərkəzi Çirklənməyə Nəzarət Şurası (CPCB) bildirir ki, Hindistanda tibbi tullantıların istehsalı 2020-ci ilin iyunundan 2021-ci ilin may ayına qədər diaqnostik testlərin və COVID-19 xəstələrinin müalicəsinin sayının artması səbəbindən artıb. Bir sıra ölkə bazarın böyüməsini stimullaşdırmaq üçün tibbi tullantıların effektiv idarəolunması üçün addımlar atır. Məsələn, Amerika Birləşmiş Ştatlarının Ətraf Mühitin Mühafizəsi Agentliyi 2019-cu ildə təhlükəli əczaçılıq tullantılarının emalı standartlarını sadələşdirmək üçün layihə standartlarının P075 siyahısına nikotini əlavə etmək üçün yenidən nəzərdən keçiriləcəyini bildirən qayda imzaladı. Artan tədqiqat maliyyəsi və biotibbi məhsulların və texnologiyanın yüksək istifadəsi də həmçini Tibbi tullantıların idarəolunması bazarının böyüməsinə təkan verir. © Report Ocean

Ətraflı