Keyfiyyət Siyasəti

AVFALL Solutions şirkətinin Keyfiyyət Siyasəti bütün işçilərin cəlb edilməsi ilə Tullantıların İdarəolunması xidmətlərinin ən effektiv formada həyata keçirilməsini və müştərilərin tələb və gözləntilərinin səmərəli, sərfəli, vaxtı-vaxtında yerinə yetirilməsini, və bundan irəli gələn uzunmüddətli və uğurlu əməkdaşlığımızın təmin edilməsinə xidmət edir.


Biz davamlı inkişafı hədəfləyərək, rəqabət qabiliyyətimizi daima artırırıq.

Read more

Keyfiyyət üzrə məqsədlərimizə daxildir:

  • Tullantıların idarə edilməsi və ekoloji konsaltinq sahəsində yeni bazarların inkişafı

  • Müştəri məmnuniyyətinə diqqət yetirmək

  • Xidmət fəaliyyətlərinin razılaşdırılmış vaxt çərçivəsində başa çatdırılmasının təmin edilməsi

Xidmətlərimizi iş prosesi zamanı kritik və potensial problemli məqamları müəyyən edərək, qabaqlayıcı, effektiv tədbirlər görərək və Keyfiyyət İdarəetmə Sisteminin davamlılığını təmin edərək həyata keçiririk.

AVFALL Solutions müasir təcrübə sistemlərinə inteqrasiya olunmuş xidmətlərini əks etdirmək üçün sektordakı inkişaf trend və təcrübələrini daima izləyir. Bizim fəaliyyətimiz peşəkar komanda işinə və yüksək motivasiyaya əsaslanır.