2013-cü ildə təsis olunmuş AVFALL Solutions fəaliyyət illəri ərzində tullantıların daşınması və çeşidlənməsi üzrə ölkənin aparıcı şirkətlərindən birinə çevrilmişdir.

Fəaliyyətimiz

Əsas fəaliyyətimiz müştərilərimizin iş ərazilərinə hər növ tullantı üçün xüsusi tullantı qablarının yerləşdirilməsi, təhlükəli və təhlükəsiz tullantıların vaxtı vaxtında təhlükəsiz daşınması, utilizasiyası və zərərsizləşdirilməsi əməliyyatlarının həyata keçirilməsindən ibarətdir.

AVFALL Solutions öz şəbəkələri, əməliyyat sahələri və yüksək peşəkarlığı ilə seçilən heyəti sayəsində müştərilərinə dənizdə və quruda, neft və qaz, enerji və digər sahələrdə tullantıların idarə olunması üzrə ən son sənaye standartlarına uyğun səmərəli həllər təklif etməyə malikdir. Keyfiyyət göstəricilərimiz bizim BOS Şelf, Saipem, Total, JOCAP, LV-Shipping və COMPASS İnternational kimi neft qaz və qeyri-neftsektoru nəhəngləri ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlığımızı mümkün edib.

Niyə məhz AVFALL Solutions?

Peşəkar, təcrübəli və fədakar komanda

Böyük əməliyyatların həyata keçirilməsinə imkan verən Tullantıların Mərkəzi Yığılması Ərazisi

Keyfiyyətdən ödün vermədən rəqabətli qiymət

Maliyyə sabitliyi və 45-60 təqvim gününə qədər uzadıla biləcək kredit müddəti

Xidmətlərimiz

Tullantıların müştəri ərazilərindən toplanması və aradan götürülməsi

Müştəri tələblərinə əsasən fərqli növ üçün avadanlığın ayrılması. Müştəri ərazisində mövcud çamurların və tullantıların aradan götürülməsi.

Tullantıların zərərsizləşdirilməsi

Müvafiq skiplərin, yağlı tullantı konteynerlərinin, təkər qutularının, akkumulyator qutularının və tibbi tullantıların zərərsizləşdirilməsi.

Tullantıların nəqliyyatı və utilizasiyası

Təhlükəli və təhlükəsiz tullantıların təsdiq edilmiş və lisenziyalı utilizasiya obyektlərinə atılması.

Avadanlıq və peşəkar heyətin təchizatı

Müştəri müəssisələri daxilində təhlükəsiz və peşəkar tullantıların idarə olunması xidmətlərini həyata keçirmək üçün tələb olunan heyətin, avadanlıqların təchizatı.

Çən təmizləmə əməliyyatları

Geniş çeşidli çən təmizləmə əməliyyatları.

Ziyanvericilərin aradan götürülməsi

Ziyanvericilərə qarşı mübarizə xidmətləri (ofis sahələri, ərazi liman kabinləri və emalatxanalar).

Konsultasiya xidmətləri

Ətraf Mühit İdarəetmə Sistemi ilə əlaqəli konsultasiya xidmətləri (14001: 2007 qiymətləndirmə, Eko Pasportun hazırlanması və qiymətləndirilməsi, ENVID prosesi).