Tullantıların Mərkəzi Yığılması Ərazisi üzrə Əməliyyatlar
AVFALL Solutions müştərilərin rahatlığının təmin edilməsi və əməliyyatların sürətli aparılması üçün iri layihələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış və müəyyən edilmiş ərazilərdə xüsusi texniki və maddi imkanlardan istifadə edərək Tullantıların Mərkəzi Yığılması Ərazisi inşa edərək, tullantıları əməliyyat sahələrində müştəri tələbatlarını nəzərə almaqla və təhlükəsizlik qaydalarına əməl etməklə ceşidləyərək, qablaşdıraraq və presdəyərək xüsusi poliqonlara utilizasiya və basdırılmağa təhvil verir.
-
Bu cür Tullantıların Mərkəzi Yığılması üçün nəzərdə tutlmuş ən iri ərazilərindən biri də Qaradağ rayonunda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşir.
-
Bu ərazidə hər növ tullantılar skiplərdə qəbul olunaraq, ətraf mühitə ziyan vurulmadan, çeşidlənərək yeraltı bunkerdə dayanan texnikaya xüsusi skipləri çevirən avadanlıqla boşaldılır.
Xüsusi tullantı qabları boşaldıqdan sonra gigiyenik və sanitar qaydalara uyğun olaraq dezinfeksiya olunub müştərilərin iş ərazilərinə Skip Truck vasitəsilə aparılır.