Bizim Komandamız

AVFALL Solutions şirkətinin Tullantıların idarəolunması sahəsində əldə etdiyi uğur və nailiyyətlərin vacib tərkib hissəsi onun Azərbaycanda sənaye üzrə öz sözlərini demiş peşəkar mütəxəssislərdən ibarət komandasıdır.

Sahə üzrə beynəlxalq sertifikasiyalardan keçmiş, ölkə daxili və xaricində tanınan mütəxəssislərimiz əldə etdiyimiz keyfiyyət göstəricilərinin və uğurlarımızın vacib amillərindən biridir.

Əməkdaşlarımız bilik və təcrübə birliyi göstərərək Tullantıların idarə olunması və Ətraf mühitin qorunması üzrə müştərilərimizə qarşılarında duran ən mürəkkəb hədəflərə çatmaqda dəstək olurlar.   

Bizim komandamız sizin komandanızdır. Hədəf və məqsədlərinizə uyğun yönəlmiş Tullantıların idarəolunması strategiyalarını tərtib edib həyata keçirə bilən, iş və istehsalat sahələrinizdə təhlükəsiz ətraf mühitin təmin edilməsində sizə töhfə verə biləcək AVFALL Solutions heyətini təqdim edirik.