Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühit

AVFALL Solutions şirkəti Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühit sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi tərəfindən üzərinə qoyulmuş və Şirkətin fəaliyyətinə aid olan hüquqi öhdəlikləri tanıyır və qəbul edir.


Biz müştərilərin ehtiyac və gözləntilərinə, kodekslərinə, standartlarına, təlimatlarına, eləcə də uyğun hesab olunan yerlərdə daha sərt standartların tətbiqinə əməl etməyə öhdəliyik. SƏTƏM-in davamlı təkmilləşdirilməsində AVFALL Solutions heyəti və rəhbərliyi mütəmadi olaraq iştirak edir.

Ətraflı
HSE

Risklərin və təhlükələrin müəyyən edilməsi

AVFALL Solutions heyəti SƏTƏM üzrə hədəflərini müəyyənləşdirib, hər il əməliyyatlar çərçivəsində onlara nail olmaq üçün tədbirlər planını nəzərdən keçirir. Əməliyyatlarımızla bağlı personal, ətraf mühit, icma, müştəri və digər tərəflər üçün riskləri və təhlükələri müəyyən edib, qiymətləndirməklə idarəetmə və lazımi resursların təminatını həyata keçirib, istehsalat risklərini maksimum dərəcədə aşağı səviyyəyə endiririk.

İş yerlərində avadanlıqların texniki xidmətlə təmin edilməsi

Biz, xüsusən az olan və ya bərpa olunmayan resurslara qənaət etməklə qlobal ətraf mühitə təsirləri minimuma endirməyi hədəfləyirik. Biz istehsalat proseslərinin insanlara və ya ətraf mühitə qəbuledilməz təsirlərin qarşısını almaq üçün istifadə edilən, saxlanılan və utilizasiya edilən məhsulların düzgün istifadəsini təmin etmək üçün lazım olan məlumatlara bölüşməyə hazırıq. Təhlükəsiz iş yerləri, təhlükəsiz iş sistemləri, avadanlıqlara lazımi texniki xidmətin təmin edilməsi, AVFALL Solution-un fəaliyyətindən irəli gələ biləcək təsirlərin, şəxsi zədələrin, həmçinin ətraf mühitə təsirin minimuma endirilməsi, SƏTƏM-in yüksək standartlarının təşviq edilməsi bizim davamlı məqsədimizdir.

Ətraf mühitə təsirin minimuma endirilməsi

AVFALL Solutions fəaliyyətinin ətraf mühitə təsirini minimuma endirmək, atmosferə emissiyaların qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirməyi öz öhdəliyinə götürür. Biz su axarlarının çirklənməsinin və sahənin drenajlarında icazəsiz axıdılmanın qarşısını almaqla, bütün tullantıların düzgün şəkildə atılmasını təmin edirik. Biz SƏTƏM-in istehsalat və satış kimi vacib biznes istiqamətlərindən az əhəmiyyət kəsb etmədiyindən əminik.

İşçilərin təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti

Hər bir işçimizin vəzifəsi təhlükəsiz və diqqətli şəkildə fəaliyyət göstərərək, digər şəxslərin zədələnməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməkdir. Bizim SƏTƏM göstəricilərimiz istehsalatda iştirak edən işçilərin təhlükəsizlik qaydalarına göstərdiyi həmrəylikdən asılıdır. Ən yaxşı təcrübələri bölüşmək və əldə edilmiş bilikləri tətbiq etməklə biz SƏTƏM üzrə fəaliyyətimizi davamlı olaraq təkmilləşdiririk.