Tullantıların təkrar emalı bazarının 81,3 milyard dollara çatacağı gözlənilir
Qlobal tullantıların təkrar emalı xidmətləri bazarının həcminin 2028-ci ilə qədər 81,3 milyard ABŞ dollarına çatacağı gözlənilir. İnsanların sağlamlığının qorunmasında tullantıların effektiv utilizasiyasının nə dərəcədə mühüm rolunun olduğu və bu sahədə biliklərin sürətlə yayılması - bazarın böyüməsi, çoxsaylı utilizasiya sistemlərinin və proseslərinin inkişafı ilə nəticələndi.
Tullantıların təkrar emalı xidməti həm ətraf mühit, həm də insan sağlamlığının qorunmasına verdiyi töhfəyə görə şəhər infrastrukturunun mühüm tərkib hissəsinə çevrilib. Tullantıların idarəolunması şəhər həyat tərzi, resurs istehlakı nümunələri və digər sosial-iqtisadi və mədəni aspektlərlə sıx bağlı olan bir sahədir.
Sürətli sənayeləşmə zərərli kimyəvi maddələrin istehlakını artırır və nəticədə əhəmiyyətli miqdarda təhlükəli tullantılar əmələ gətirir. Bundan əlavə, kənd təsərrüfatı istehsalatının artması aqrar-sənaye üzrə əlavə məhsullar ilə yanaşı, heyvandarlıq və kənd təsərrüfatı bitkiləri tullantılarını da artırır. Beləliklə, artan tullantı həcmi təkrar emal xidmətlərinə olan tələbatı artıracaq.
Bir sıra ölkə özəl sektor tərəfindən verilən əməliyyat biliklərinə uyğunlaşmaq üçün dövlət-özəl tərəfdaşlıq modelini mənimsəyir. Tullantıların təkrar emalı sənayesinin gücləndirilməsinə artan diqqət “Azalt, Təkrar istifadə et və Təkrar emal et” konsepsiyasının davamlı ekoloji, iqtisadi və sosial inkişaf üçün aktuallığını vurğulayır.
© Research and Markets